XƏBƏRLƏR
MƏLUMAT
Milli İncəsənət Muzeyində “Üfüqü ötənlər” filminin təqdimatı olub
ÜMÜMİ XƏBƏRLƏR
05/02/2024 14:29

Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində “Üfüqü ötənlər” filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tammetrajlı bədii-sənədli filmin rejissoru Şamil Nəcəfzadədir.

Ekran əsəri yaradıcılıqları və yaşadıqları tale ilə yaddaşlara həkk olunan beş avanqard rəssamın həyat hekayəsindən bəhs edir.

“Muzeydə kino” layihəsi hər həftənin şənbə və bazar günləri yenilənmiş proqramla izləyicilərin qarşısına çıxır.

 

Baxış sayı: 266