XƏBƏRLƏR
MƏLUMAT
Milli İncəsənət Muzeyində “M.Ə.Rəsulzadə irsi Azərbaycanın mədəni və ictimai fikir tarixində” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/02/2024 14:27

Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş “M.Ə.Rəsulzadə irsi Azərbaycanın mədəni və ictimai fikir tarixində” adlı tədbir keçirilib.

Mədəniyyət Nazilriyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Əməkdar rəssam Rais Rəsulzadə və tarix elmləri doktoru, professor Solmaz Rüstəmova – Tohidi əsas məruzəçi qismində çıxış ediblər.

Professor Solmaz Rüstəmova-Tohidi Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixində M.Ə.Rəsulzadənin malik olduğu rol, zəngin həyat yolu, ictimai-siyasi, ədəbi fəaliyyəti haqqında geniş danışıb. O, eyni zamanda yeni çapdan çıxmış “II Beynəlxalq Rəsulzadə qiraətləri” kitabını muzeyə hədiyyə edib.

Daha sonra tədbirdə iştirak edən tanınmış ziyalılar, M.Ə.Rəsulzadə irsinin Almaniya və İrandan olan tədqiqatçıları məruzələr ətrafında danışaraq müzakirələr aparıblar.

Baxış sayı: 183