XƏBƏRLƏR
MƏLUMAT
“Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2025 17:19

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 15 İyun–Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib.

Konfransda rəsmilər, ziyalılar, elm və mədəniyyət xadimləri, tələbələr iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qorumaq və möhkəmləndirmək yolunda göstərdiyi əvəzsiz xidmətlərdən danışılıb. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttinin dayandığı bildirilib.

Daha sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olunub.

Sonda konfrans iştirakçıları Mərkəzin ekspozisiya zalında Ulu Öndərin büstünü ziyarət ediblər, mərkəzin foyesində Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.

Baxış sayı: 76