XƏBƏRLƏR
MƏLUMAT
“Millətin şah vüqarı” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/12/2024 17:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialı Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Millətin şah vüqarı” adlı tədbir keçirib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin keçdiyi ömür yolundan və Azərbaycan xalqına verdiyi töhfələrdən danışıblar.

Sonda tədbir iştirakçıları Xətai rayon parkında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Baxış sayı: 238