XƏBƏRLƏR
MƏLUMAT
“Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2025 20:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Cəfər Cabbarlı ev-muzeyi və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib.

Tədbirdə ziyalılar, mədəniyyət işçiləri, muzey , kitabxana əməkdaşları, məktəblilər və tələbələr iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Çıxışlarda bildirilib ki ,Ulu Öndərin Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafında və onun zəngin mənəvi–mədəni irsinin dünya mədəni aləminə çatdırılmasında boyük rolu var.

Tədbirdə Heydər Əliyevin mədəniyyət, elm xadimlərinə, milli ədəbiyyatımıza, şair və yazıçılara olan xoş münasibətindən söz açılıb, incəsənətin müxtəlif sahələrinə olan diqqət və qayğısından bəhs edilib.

Bədii hissədə Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib, musiqilər ifa olunub, videoçarx təqdim edilib.

 

Baxış sayı: 36