XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/06/2025 16:28

İyunun 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Ali Baş Komandan İlham Əliyevin başçılq etdiyi Silahlı Qüvvələrimizin dünyada nümunə göstərilən döyüş təcrübəsi illərlə çəkilən zəhmətin məntiqi nəticəsi olduğu vurğulanıb.

Daha sonra sarayda fəaliyyət göstərən rəsm kursunun fəal üzvlərinin Silahlı Qüvvələr Gününə həsr etdikləri sərgiyə baxış keçirilib.

Baxış sayı: 162