XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında estrada müğənnisi Kazım Canla görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/04/2025 17:16

Aprelin 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayının “Mədəniyyət incisi” layihəsi çərçivəsində estrada müğənnisi, bəstəkar Kazım Canla görüş keçirilib.

Görüşdə ictimaiyyət nümayəndələri, Xəzər rayon təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri, musiqisevərlər və digər qonaqlar iştirak ediblər.

Tamaşaçılarla səmimi ünsiyyət yaradan müğənni görüş zamanı ona ünvanlanan sualları cavablandırıb. Ardınca tamaşaçıların alqışları altında sevilən mahnılarını səsləndirib.

Baxış sayı: 44