XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/08/2024 15:34

Avqustun 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-a həsr olunmuş dəyirmi masa keçirilib. 

Dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əsas mahiyyəti və əhəmiyyəti qeyd edilib, bu ilin noyabr ayında respublikamızda keçiriləcək COP29 tədbirinin əsas öhdəliyi və keçirilmə məqsədləri haqqında da tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Sonra “Qlobal iqlim dəyişikliyi” adlı maarifləndirici videoçarx nümayiş olunub.

Baxış sayı: 256