XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar “Açıq qapı” günü keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/04/2024 15:19

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar “Açıq qapı” günü keçirilib.

Tədbirdə Xalq artisti Tünzalə Ağayeva, mədəniyyət, ictimaiyyət və media nümayəndələri, rayon sakinləri, tanınmış müğənnilər  iştirak ediblər.

“Açıq qapı” gününün keçirilməsinin əsas məqsədi cəmiyyətdə mədəni maarifləndirməni genişləndirmək və əhali arasında yaradıcılığa həvəsi olan gəncləri cəlb etməkdir.

“Açıq qapı” günündə Mərdəkan Mədəniyyət Sarayında yeni fəaliyyətə başlayan “Kukla teatrı” səhnəciklər təqdim edib, “Rəsm”, “Keramika”, “Biçmə-tikmə”, “Aşpazlıq” kursunun tələbələrinin əl işləri nümayiş olunub. Həmçinin musiqi nömrələri ifa olunub, “Lalələr”, “Azad” rəqs ansamblının və “Latın Amerika” rəqs kursunun rəqsləri, “Şahmat” kursunun tələbələrinin nümunəvi oyunları maraqla qarşılanıb.  

Baxış sayı: 316