XƏBƏRLƏR
MƏLUMAT
“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/04/2024 16:18

Aprelin 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayı və Şağan qəsəbə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib.

 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilmiş müsabiqədə Mərdəkan Mədəniyyət Sarayı, Şağan qəsəbə Mədəniyyət Mərkəzi, Şüvəlan qəsəbə Mədəniyyət evi, Binə qəsəbə Mədəniyyət Mərkəzi, A.Abdullayev adına Mədəniyyət Mərkəzi, Nizami adına Mədəniyyət Mərkəzinin  rəsm kurslarının fəal tələbələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan edilib.

Tədbirin aparıcısı çıxış edərək bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ölkə ərazisində silsilə tədbirlər keçirilir. Daha sonra çıxış edənlər gənc rəssamlara bu günki müsabiqədə uğurlar arzulayıblar.

Ardınca  “Lalələr” rəqs ansamblının və “Kiçik Qala” rəqs qrupunun çıxışları nümayiş olunub. Daha sonra rəsm müsabiqəsinə start verilib.

Bir saat ərzində gənc rəssamlar onlara verilən tapşırığa əsasən rəsmlərini çəkməyə başlayıblar.

Sonda bütün müsabiqə iştirakçıları təşəkkürnamə və fəxri fərmanlarla təltif olunublar.

Baxış sayı: 306