XƏBƏRLƏR
MƏLUMAT
“Mənim hüquqlarım məni qoruyur!” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2024 17:19

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli kitabxana filialının əməkdaşları 225 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri ilə birlikdə İnsan Hüquqları Aylığı çərçivəsində “Mənim hüquqlarım məni qoruyur!” adlı tədbir keçiriblər.

Kitabxana əməkdaşları şagirdlərə insan hüquqları haqqında məlumat veriblər. Bildiriblərki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkarolunmaz  bir hüquq kimi qəbul olunub.

Tədbir zamanı şagirdlərlə sahib olduqları əsas hüquq və vəzifələri haqqında sual-cavab edilib.

Baxış sayı: 276