XƏBƏRLƏR
MƏLUMAT
“Mənim dövlətim, mənim hüququm, mənim zəfərim” adlı rəsm sərgisi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/11/2025 11:38

Noyabrın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət “Mənim dövlətim, mənim hüququm, mənim zəfərim” adlı rəsm sərgisi təqdim olunub.

Rayon ictimaiyyətinin iştirak etdiyi sərgidə Suraxanı rayonu üzrə 24 məktəbin şagirdlərinin rəsm əsərləri nümayiş olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sərgidə çıxış edənlər qeyd ediblər ki, nümayiş olunan əsərlər sadəcə boyalarla çəkilmiş şəkillər deyil, uşaqların saf duyğularının, təmiz təxəyyülünün dilə gəldiyi hekayələrdir.

Baxış sayı: 34