XƏBƏRLƏR
MƏLUMAT
"Mənim azad Vətənim" adlı bayram tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/10/2025 08:29

Oktyabrın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün 34-cü ildönümünə həsr olunmuş "Mənim azad Vətənim" adlı bayram tədbiri keçirilib. 

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasının professor, müəllim-tələbə heyəti, Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər. Çıxış edənlər bildiriblər ki,1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması ilə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşub. 

Tədbirdə Xalq artisti Mübariz Tağıyev, Mədəniyyət Mərkəzinin xalq kollektivlərinin üzvləri və solistləri, gənc və istedadlı müğənnilər rəngarəng bayram proqramı ilə çıxış ediblər. 

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektor müşaviri tədbir iştirakçılarına təşəkkür və minnətdarlığını bildirib. Sonda xatirə şəkilləri çəkilib.

Baxış sayı: 32