Bu sözləri qəhrəmanımın anası Lalə xanım oğlu haqqında danışarkən söyləyir. Qəhrəmanım isə 19 yaşlı Şəhid balamız Vüsal Əlbəndə oğlu İsmayılzadədir.
2001-ci ilin oktyabrın 17-də mavi gözlü Xəzərin lacivərd suları ilə süslənən Bakının Buzovna kəndində dünyaya gələn Vüsal uşaqlıqda hamı kimi oyuncaq avtomatla oynamağı, qumsallıqda maşın sürməyi çox xoşlayardı, hətta maşın şəkillərindən ibarət kolleksiya da toplayıb.
2007-ci ildə isə Xəzər rayonunun “Albalılıq” massivində yerləşən 322 nömrəli tam orta məktəbdə təhsil almağa başlayır. Vüsalın anası Lalə xanım özü də həmin məktəbdə rus dili müəllimi işləyir və söyləyir ki, dəcəl olmasına baxmayaraq qəhrəmanımız müəllimlərinin və sinif yoldaşlarının sevimlisi idi. Vüsalın döyüşçü dostları ilə cəbhə xəttinə yollananda maşında çəkdikləri videoya baxarkən, onun gülümsər simasından, mənalı baxışlarından Vətən sevgisini, Qələbəyə inamı və böyük ürək sahibi olmasını sezməmək mümkün deyil.
Gözlərin ifadəsi yaşına uyğun gəlməyən bu gəncin məktəbdə də ictimai işlərdə fəal iştirak etdiyini öyrəndim. Vüsal informasiya texnologiyaları ilə çox maraqlandığından məktəbi bitirəndən sonra, 2018-ci ildə təhsilini davam etdirmək qərarına gəlir və sənədlərini ali məktəbə versə də qəbul ola bilmir. Ancaq təəssüflənmir, hərbi-vətənpərvərlik yarışlarında iştirak etməyi, hər zaman “mən əsgər olacağam və Qarabağı azad edəcəyəm” deməyi, onun ailədə və məktəbdə hansı ruhda böyüməsindən və gələcək həyat yolundan xəbər verir. Ona görə də igid balamız əsgəri xidmətə gedib, sonra yenidən ali təhsil almaq üçün qüvvəsini sınamaq qərarına gəlir. O, həm də atasız böyüdüyündən, ailənin bütün yükü anasının zərif çiyinlərinə düşdüyündən, Vüsal ailəsinə - anasına və bir sinifdə oxuduğu böyük bacısı Rəhiməxanıma kömək etmək istəyir.
Lalə xanım deyir ki: “Vüsal bir oğul kimi qayğıkeş, zəhmətkeş və sakit təbiətli idi. 7-ci sinifdən yay tətillərini işləyər evə köməklik edərdi. İşlədiyi yerlərdə böyük hörmət qazanmışdı. Oğlum boş vaxtlarında döyüş filimlərini izləməyi sevirdi. Bununla yanaşı futbola həddindən artıq həvəsi var idi.”
2019-cu ilin oktyabrın 23-ü Vüsalı Hərbi Komissarlığa çağırırlar və o, uşaqlıqdan arzusunda olduğu əsgər geyimini geyinərək hərbi xidmətə yollanır. Ağır artilleriya və minaatanlar batalyonunda hərbi xidmətdə olduğu müddətdə o, komandirlərinin, əsgər yoldaşlarının sevgisini və rəğbətini qazanır. Hamı onun nümunəvi, mərd, cəsur və qorxmaz əsgər olduğundan danışır.
Sentyabrın 27-də düşmən təxribatına qarşı əks-hücumla başlanan Vətən müharibəsində iştirak edən Vüsal İsmayılzadə əsgər yoldaşları ilə birlikdə əvvəlcə Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda döyüşlərdə düşmənlə üz-üzə gəlirlər. Daha sonra onlar, Xocavənd istiqamətində gedən döyüşlərə qatılırlar.
Vüsalın komandiri bu döyüşləri xatırlayarkən, kövrəldiyini gizlədə bilmir. O, Qələbəmizin məhz Vüsal kimi igid, qeyrətli, döyüş tapşırıqlarını dəqiqliklə, böyük məsuliyyətlə yerinə yetirən, dostlarını darda qoymayan və düşmənlə üz-üzə gələndə ölümün gözünə dik baxan oğullarımızın qəhrəmanlığı sayəsində qazanıldığını bildirir.
Batalyon Xocavənd rayonunun Düzlük kəndini işğaldan azad edərkən düşmən qəflətən bizim mövqeyimizi mina atəşinə tutur, postda duran Vüsal və dostları ağır yaralanırlar. Qəhrəmanımız yaralı olmasına baxmayaraq dostlarını darda qoymur, yaralılara kömək edir, maşına qədər daşıyaraq aparır, onların həyatını xilas edərkən özü ən ali məqama -Şəhidlik zirvəsinə ucalır.
Şəhid anası Lalə xanım: “Mən bir Ana olaraq öz oğlumla fəxr edirəm. Fəxr edirəm ki, Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə, mənim oğlumun da böyük rolu olub. Və o, Şəhidlik zirvəsinə ucalıb. Allah bütün Şəhidlərimizə rəhmət etsin.”
Lalə xanım qızı Rəhiməxanmla birlikdə Vüsalın xidmət etdiyi hərbi hissədə olub, onun komandirləri və silahdaşları ilə görüşüblər. Batalyonun divar qəzetində Vüsal İsmayılzadənin nümunəvi xidmət göstərməsi haqqında məqaləni böyük fəxarət hissi ilə oxuyub, “Şərəf lövhəsi”nə vurulmuş şəklinə qürurla tamaşa ediblər.
Döyüşçü dostları bu gün də Vüsalı göz yaşı ilə anırlar. Onlar “Vüsalsız sanki hərbi hissəmiz boş qalıb” deyirlər. Onun nə qədər mehriban, qayğıkeş, hamıya qardaş, ən əziz, doğma insan kimi münasibət bəslədiyini dönə-dönə vurğulayırlar.
Vətənpərvərlik Azərbaycan balalarının genetik kodundadır, Vüsalın isə Lalə xanım kimi vətənpərvər bir müəllimin övladı olması, onun məhz bu hissin gələcək addımlarına hakim kəsilməsini şübhəsiz edir. Vətən Vüsal İsmayılzadə kimi igid, cəsur, qorxmaz və ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı naminə canlarını fəda etməyə hazır olan övladlarımız, əsgərlərimiz, qazilərimiz, könüllülərimiz və hərbçilərimiz hesabına yaşayır, bayrağımız isə daim ucalardan-uca zirvələrdə dalğalanır.
Bu gün biz Vüsal İsmayılzadəni və bütün Şəhidlərimizi ehtiramla anır, onları Vətən üçün böyüdüb boya-başa çatdıran Anaların qarşısında baş əyir və onların qürurla ifadə etdikləri “Vətən sağ olsun!” nidasına qoşularaq, bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik.





- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib