XƏBƏRLƏR
MƏLUMAT
“Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2023 03:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” adlı tədbir keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı çıxış edənlər dahi lider Heydər Əliyevin elmin və təhsilin, mədəniyyət və incəsənətin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanın bugünkü mənzərəsinin təməlində məhz xalqımızın böyük oğlu Heydər Əliyevin uzaqgörən siyasəti dayanıb.

Həmçinin tədbirdə Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova "Heydər Əliyev və mədəniyyət" adlı məruzə ilə çıxış edib.

Bədii hissədə Ulu Öndərə həsr olunmuş şeirlər və musiqi nömrələri səsləndirilib. Yasamal rayon MKS-nin hazırladığı “Ulu Öndər Heydər Əliyev və mədəniyyət: aforizmə çevrilmiş kəlamlar” adlı videoçarx da nümayiş edilib.

Baxış sayı: 414