XƏBƏRLƏR
MƏLUMAT
“Memarlıq tarixdir” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/04/2024 16:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Memarlıq tarixdir” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycanın UNESCO-nun Ümumdunya İrsi və Qeyri-Maddi Mədəni Mirası Siyahısına daxil olan abidələri haqqında videoçarx nümayiş olunub.

Çıxış edənlər bildiriblər ki, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

Qeyd olunub ki, Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür.

Baxış sayı: 293