XƏBƏRLƏR
MƏLUMAT
“Məlumat lövhələrinin dizaynının hazırlanması müsabiqəsi” elan olunur
ÜMÜMİ XƏBƏRLƏR
15/04/2024 11:33

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri üçün “Məlumat lövhələrinin dizaynının hazırlanması müsabiqəsi”ni elan edir.

Müsabiqə tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə çatdırılması üçün məlumat lövhələrinin yeni dizaynının hazırlanması məqsədilə təşkil olunur.

Müsabiqə dizayn layihələrinin qəbulu və təqdim edilmiş materialların qiymətləndirilməsi olmaqla iki mərhələdən ibarətdir.

Müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları dizayn layihələrini 15 aprel – 15 may 2024-cü il tarixlərində təqdim edə bilərlər.

Müsabiqə qaliblərinin adları 30 may 2024-cü il tarixində elan olunacaqdır.

Müsabiqə haqqında ətraflı məlumatı link vasitəsilə əldə edə bilərsiniz.

 

Baxış sayı: 98