XƏBƏRLƏR
MƏLUMAT
“Məktəb psixoloqları ilə uşaqların məişət zorakılığından müdafiəsi” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/12/2024 11:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal Rayon Heydər Əliyev Mərkəzinin, Yasamal Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “Məktəb psixoloqları ilə uşaqların məişət zorakılığından müdafiəsi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, ziyalılar, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları iştirak ediblər.

Çıxış edənlər Azərbaycan cəmiyyətində uşağa, qadına və ahıla hörmətin təməl dəyərlərdən olub, xalqımızın əxlaqının, dini etiqadının və mentalitetinin dərin qatlarına söykəndiklərini qeyd ediblər. Uşaqlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı hallarının cəmiyyət tərəfindən həmişə mənfi qarşılandığı və buna qarşı mübarizə aparıldığı vurğulanıb.

Həmçinin sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraitinin təşkili, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması barədə mövcud vəziyyətin təhlil edildiyi və bu sahədə aparılan işlərin təkmilləşdirilməsi sahəsində sistemli işlər aparıldığı diqqətə çatdırılıb.

Tədbirdə mövzu ilə əlaqədar təqdimatlar dinlənilib, müzakirələr aparılıb.

Baxış sayı: 104