XƏBƏRLƏR
MƏLUMAT
“Məişət zorakılığını doğuran səbəblər və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2023 01:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Məişət zorakılığını doğuran səbəblər və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirilib.

İlk olaraq məişət zorakılığından bəhs edən videoçarx nümayiş etdirilib, rəsm dərnəyinin üzvləri dəyirmi masanın ətrafında qoyulmuş molbertlər üzərində sözügedən mövzuda rəsm çəkiblər.      

Tədbir çərçivəsində iştirakçılara məişət zorakılığı, onların yaranma səbəbləri, sözügedən məsələ ilə bağlı ətraflı məlumat verilib. Çıxışçılar mövzunun aktuallığını qeyd edərək Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nı və bu plana əsasən qarşıda duran vəzifələri iştirakçıların nəzərinə çatdırıb. 

Tədbirin sonunda çəkilən rəsmlərə baxış olub, müəlliflər çəkdikləri rəsmlər barədə məlumat veriblər.

Baxış sayı: 254