XƏBƏRLƏR
MƏLUMAT
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş sərgi hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
17/01/2024 13:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində görkəmli ictimai-siyasi və dövlət xadimi,Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, yazıçı, publisist Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş kitab sərgisi və stend hazırlanıb.

Kitab sərgisində Məhəmməd Əmin Rəsulzadənin əsərləri, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası və s. kitablar nümayiş olunub. Həmçinin, sərgi zamanı ictimai-siyasi fəaliyyəti haqqında qısa məlumat verilib.

Baxış sayı: 181