XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayı
Ünvan:
AZ1044, Yesenin 2, Xəzər,


Əlaqə telefonu:
(+994 12) 454-40-96
Mərdəkan Mədəniyyət Sarayı Xəzər rayonu Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 2 ünvanında yerləşir. Mədəniyyət Sarayı 1961-ci ildən fəaliyyətdədir. Uzun müddət fəaliyyət göstərdikdən sonra qəzalı vəziyyətə düşən mədəniyyət sarayı Heydər Əliyev Fondu tərəfindən yenidən qurulub. Ümumi sahəsi 7375 kv.mdir.

Sarayda 382 nəfərlik böyük və 155 nəfərlik kiçik zal, 25 nəfərlik mühazirə zalı fəaliyyət göstərir. Mədəniyyət Sarayında “Azərbaycan qartalları“ rəqs kollektivi, “Lalələr” rəqs kollektivi, “Azad” rəqs kollektivi, ilkin tibbi yardım, biçmə-tikmə, keramika, rəsm, rəqs, kompüter, gitara, şahmat və s. dərnəklər fəaliyyət göstərir.