XƏBƏRLƏR
MƏLUMAT
Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi
Ünvan:
AZ1080, Qaradağ, Mirzə Fətəli Axundov 2


Əlaqə telefonu:
(+994 12) 544-41-18, (+994 12) 544-64-79
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi Qaradağ rayonu Qobustan qəsəbəsi, M.F.Axundov küçəsi 2 ünvanında yerləşir. Mədəniyyət evi 1953-cü ildən fəaliyyətdədir. Mədəniyyət evi 2013-cü ildə əsaslı təmir olunaraq yenidən istifadəyə verilib. Ümumi sahəsi 2800 kv.m-dir.

Mədəniyyət evində 230 nəfərlik tamaşa zalı və 20 nəfərlik konfrans zalı mövcuddur. Mədəniyyət evinin nəzdində “Aşıqlar” Xalq kollektivi, rəqs, ilkin tibbi yardım, saz, fortepiano və s. dərnəklər fəaliyyət göstərir.