XƏBƏRLƏR
MƏLUMAT
“Mədəniyyətin himayədarı- Heydər Əliyevin mədəni irsə verdiyi dəyər” mövzusunda mühazirə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/04/2025 14:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi  302 nömrəli tam orta məktəbdə  15 Aprel-Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar “Mədəniyyətin himayədarı- Heydər Əliyevin mədəni irsə verdiyi dəyər” mövzusunda mühazirə keçirib.

Mühazirədə qeyd edilib ki, dahi lider Heydər Əliyev Azərbaycan mədəniyyətinə yalnız dövlət başçısı kimi deyil, həm də onun içindən gələn, onu anlayan, dəyərləndirən bir ziyalı kimi yanaşırdı. O, deyirdi: “Mədəniyyət xalqın qan yaddaşı, mənəvi sərvəti, kimlik aynasıdır.”

Ümummilli Lider  milli-mənəvi dəyərlərimizin qorunmasına, inkişafına və dünyaya tanıdılmasına xidmət edən siyasətin təməlini qoyub. Heydər Əliyevin təşəbbüsü ilə UNESCO ilə əlaqələr genişlənib, Azərbaycan mədəniyyəti beynəlxalq aləmdə tanınmağa başlayıb.

Baxış sayı: 48