XƏBƏRLƏR
MƏLUMAT
“Mədəniyyətimizin incisi – Şuşa” adlı yeni layihəyə start verilib
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2024 16:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Mədəniyyətimizin incisi – Şuşa” adlı yeni layihəyə start verilib.

Bu məqsədlə Mərkəzi Kitabxananın Fəxri oxucusu, AYB-nin üzvü, “Qızıl qələm”, “Cəsarətli qələm” mükafatçısı, Prezident təqaüdçüsü şair Solmaz Elqızı “Sənət beşiyimsən, ay qədim Şuşa” şeirini, şair Qadir Hüseynov “Dünyada bənzərin yoxdur, ay Şuşa”, “Dünya camalına heyrandır, Şuşa” şeirlərini, şair Zeynəb Camaləddin isə “Şuşa” şeirini kitabxanaya təqdim edib.

Şeirlər kitabxananın sosial şəbəkə səhifələrində izləyicilərə təqdim olunur.

Baxış sayı: 277