XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini 2025-ci ildə də davam etdirir
ÜMÜMİ XƏBƏRLƏR
15/04/2025 16:42

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini 2025-ci ildə də davam etdirir.

Məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Layihə çərçivəsində Akademik Milli Dram Teatrının "Şükriyyə" tamaşası aprelin 21-də Mingəçevir Dövlət Dram Teatrında nümayiş olunacaq.

 

Baxış sayı: 62