XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
ÜMÜMİ XƏBƏRLƏR
19/02/2024 09:50

Mədəniyyət naziri Adil Kərimli fevralın 17-də Salyanda vətəndaşları qəbul edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Salyan şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.

Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Salyan, Hacıqabul, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhərindən sakinlər iştirak ediblər.

Vətəndaşların müraciətləri, əsasən, işlə təminat, fəxri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və mövcud problemlərdən ibarət olub.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qaldırılan məsələlərə vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq xüsusi nəzarətə götürülüb.

Baxış sayı: 174