XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət naziri Adil Kərimlinin Şamaxıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/01/2025 15:45

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2025-ci il 17 yanvar tarixində saat 10:00-da Şamaxı rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilməsi nəzərdə tutulan (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi, 36) Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.

Vətəndaşların qəbulu 2025-ci il 18 yanvar tarixində saat 10:00-da yuxarıda qeyd olunan ünvanda keçiriləcək.

Qeyd: Müraciət müddəti başa çatıb.

Baxış sayı: 48