XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşları qəbul edəcək
ÜMÜMİ XƏBƏRLƏR
05/05/2025 17:13

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2025-ci il mayın 30-da saat 10:00-da Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 90) Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2025-ci il mayın 26-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Baxış sayı: 30