XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət naziri Adil Kərimli Samuxda vətəndaşları qəbul edəcək
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2024 09:24

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il iyunun 14-də saat 10:00-da Samux şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 165) Samux, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2024-cü il iyunun 10-dək Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı, (022) 266-29-48, daxili 110 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Baxış sayı: 136