XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət naziri Adil Kərimli Qəbələdə vətəndaşları qəbul edəcək
ÜMÜMİ XƏBƏRLƏR
28/01/2025 16:16

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2025-ci il fevralın 28-də saat 10:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov, 28) Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2025-ci il fevralın 24-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Baxış sayı: 62