XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət Mərkəzində şəhid Raul Piriyevin xatirəsi anılıb
ÜMÜMİ XƏBƏRLƏR
06/06/2024 16:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan H.Abbasov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində şəhid Piriyev Raul Zabit oğlunun xatirəsi anılıb.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhid anaları, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, tələbələr iştirak ediblər.

Çıxış edənlər Raul Piriyevin qısa həyat və qəhrəmanlıq dolu döyüş yolundan bəhs ediblər.

Bədii hissədə şəhidin xatirəsinə ithaf edilən şeirlər səsləndirilib, mahnılar  ifa olunub, videoçarx nümayiş olunub.

Baxış sayı: 237