XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət Mərkəzində “Mənim Rəngarəng Dünyam” adlı sərgi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
10/06/2024 12:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyndə olan H.Abbasov adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “ART Studio AR” rəsm kursunun balaca rəssamlarının “Mənim Rəngarəng Dünyam” adlı qrup sərgisi nümayiş olunub.

Sərginin nümayişi zamanı  uşaqların rəsmə marağından və il ərzində müxtəlif beynəlxalq və respublika rəsm müsabiqələrində iştirak edib qazandıqları uğurlardan söhbət açılıb. Daha sonra sərgiyə baxış keçirilib.

Sonda sərgi iştirakçıları təşəkkürnamə ilə təltif olunublar.

Baxış sayı: 272