XƏBƏRLƏR
MƏLUMAT
“Mədəniyyət körpüsü” layihəsi çərçivəsində Əməkdar artist Dilarə Əliyeva “Mintonasiya” adlı stand-up konserti ilə çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
17/04/2025 11:59

Aprelin 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Beyləqan rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Mədəniyyət körpüsü” layihəsi çərçivəsində Beyləqan rayon Mədəniyyət Evində ilk görüş baş tutub.

Görüşdə Əməkdar artist Dilarə Əliyeva “Mintonasiya” adlı stand-up konserti ilə çıxış edib.

Görüşdə rəsmilər, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, N saylı hərbi hissənin rəhbərliyi və hərbiçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dilarə Əliyeva çıxış edərək, stand-up layihəsinin necə ərsəyə gəlməsindən söz açıb. Bildirib ki, konsert Azərbaycanda böyük səhnədə bir qadının təqdimatında ilk stand-up kimi tarixə düşüb. Layihənin ssenari və ideya müəllifi Fariz Əliyevdir. 

Əməkdar artist "Mintonasiya”da tamaşaçılarına bolluca gülüş bəxş edib.

Konsertdən sonra Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək tamaşaçıları salamlayıb və rayonda bu cür mədəni-kütləvi tədbirlərin keçirilməsinin vacib olduğunu qeyd edib.

Baxış sayı: 73