XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət Evləri Novruz bayramına həsr olunmuş tədbir keçiriblər
ÜMÜMİ XƏBƏRLƏR
22/03/2025 14:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tebeliyində olan Badamdar , Pirşağı və Balaxanı qəsəbə Mədəniyyət Evləri birlikdə Novruz bayramına həsr olunmuş tədbir keçiriblər.

Badamdar qəsəbəsi Heydər Əliyev parkında təşkil edilmiş tədbirdə Novruz bayramı münasibəti ilə təbriklər səslənib, bu bayramın tarixi haqqında məlumatlar verilib.

Bədii hissədə Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və maraqlı səhnəciklər təqdim ediblər. Səslənən bir-birindən gözəl bayram əhvali-ruhiyyəli musiqilər ,rəqs nömrələri tamaşaçılara xoş ovqat bəxş edib.

 

Baxış sayı: 54