XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət Evində Şair Qorxmaz Kadusi ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/06/2024 17:21

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi 223 nömrəli tam orta məktəbdə şair Qorxmaz Kadusi ilə görüş keçirib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, Qorxmaz Kadusi yaradıcılığı əhatəli, çoxşaxəlidir. Müasir dövrün tələbkar oxucusunun axtardığı bütün mövzular şairin yaradıcılığında öz əksini tapır. Qeyd edilib ki, Qorxmaz Kadusi bir çox kitabların müəllifidir və 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Daha sonra şairin şeirləri məktəblilər tərəfindən səsləndirilib.

Baxış sayı: 198