XƏBƏRLƏR
MƏLUMAT
Mədəni və yaradıcı sənaye sahələrinə dair 4 siyahı təsdiq olundu
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2025 17:41

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin, peşələrin (vəzifələrin), istehsal olunan, xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahıları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 2 may tarixli 146 nömrəli Qərarı ilə təsdiq olundu.

Bu öz növbəsində mədəni və yaradıcı sənayelər sahəsində əsaslı təşəbbüslərin həyata keçirilməsinə, statistika işinin aparılmasına, fəaliyyətlərin daha məhsuldar şəkildə planlaşdırılmasına imkan yaradacaqdır.

Layihə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və digər aidiyyəti dövlət qurumları və Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə hazırlanmışdır.

Ətraflı: https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasinda-medeni-ve-yaradici-sena-8821

 

Baxış sayı: 60