XƏBƏRLƏR
MƏLUMAT
Mart hadisələri zamanı şəhadətə yüksələn şəhid Elşad Məmmədov
ÜMÜMİ XƏBƏRLƏR
17/03/2022 00:40

Elşad Məmmədov 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində anadan olub. 1990-cı ildə burada məktəbi bitirib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Elşad Ağdərədə gedən qanlı döyüşlərdə iştirak edib. 1995-ci il 13-17 mart hadisələri zamanı dövlətçiliyimizə xəyanət edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı o qardaş gülləsinə tuş gəlib.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Eldar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Milli Qəhrəman Elşad Məmmədov Göygöl rayonunun Qırıxlı kəndində dəfn edilib.

Haçaqaya kənd orta məktəbi qəhrəmanımız Elşad Məmmədovun adını daşıyır.

Daşkəsən yolu üstündə büstü qoyulub.

Baxış sayı: 224