XƏBƏRLƏR
MƏLUMAT
Maestro Niyazinin xatirəsinə həsr olunmuş musiqi proqramı təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2023 02:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı  gənc istedadlara görkəmli bəstəkar və dirijor Niyazinin həyat və zəngin yaradıcılığı haqqında geniş məlumat verilib.

Sonra məktəbin  nəzəriyyə şöbəsinin bir qrup müəllim və şagirdləri Maestro Niyazinin xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

Baxış sayı: 490