XƏBƏRLƏR
MƏLUMAT
M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin 45 illik yubileyinə həsr olunmuş konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/05/2024 11:57

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin 45 illik yubileyinə həsr olunmuş konserti keçirilib.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutan konsertdə mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar  iştirak ediblər.

Konsertdə məktəbin Respublika və Beynəlxalq müsabiqələr laureatı olmuş şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini, həmçinin, xalq mahnılarımızı səsləndiriblər.

Qeyd edək ki, şagirdləri Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Baxış sayı: 182