XƏBƏRLƏR
MƏLUMAT
M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən Şəmkir şəhərində konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/06/2023 07:06

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən Şəmkir şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib.

Şəmkir şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə musiqi məktəbinin respublika və beynəlxalq müsabiqələr laureatı olmuş şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri maraqla və alqışlarla qarşılanıb.

Konsertin sonunda Ulu Öndərin mədəniyyət sahəsində göstərdiyi xüsusi qayğıdan söhbət açılıb və bu ənənənin ləyaqətlə davam etdirildiyi vurğulanıb.

Eyni zamanda bu görüşlərin və birgə fəaliyyətin mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən danışılıb.

Sonda təcrübə mübadiləsinin aparılması məqsədilə Şəmkir şəhər Uşaq Musiqi Məktəbində görüş baş tutub.

Baxış sayı: 470