XƏBƏRLƏR
MƏLUMAT
M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi konsert proqramı ilə çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2025 09:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan  M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllim və şagird heyəti Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Samux rayonu Sərkar kənd Uşaq Musiqi Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi xüsusi qayğıdan söhbət açılıb . Daha sonra bu görüşlərin və birgə fəaliyyətin mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən danışılıb.

İncəsənət və musiqi məktəbləri arasında təcrübə mübadiləsi çərçivəsində baş tutan konsert proqramında M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin respublika və beynəlxalq müsabiqə laureatlarının ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri uğurla səsləndirilib.

Sonda M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən xatirə olaraq tədris-metodik dərs vəsaitləri Sərkar kənd Uşaq Musiqi Məktəbinə təqdim edilib.

Baxış sayı: 37