XƏBƏRLƏR
MƏLUMAT
M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
18/05/2023 08:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə hesabat konserti keçirib.

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları ilə başlayan tədbirdə dahi şəxsiyyətin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna xidmətləri haqqında məlumat verilib.

Sonra Beynəlxalq və Respublika müsabiqələr laureatı olmuş şagirdlərin ifasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin  müşayiətilə  Azərbaycan və xarici bəstəkarların əsərləri uğurla səslənib.

Baxış sayı: 652