XƏBƏRLƏR
MƏLUMAT
L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/06/2024 17:40

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbi şagirdlərinin Beynəlxalq Muğam Mərkəzində hesabat konserti keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları, musiqisevərlər iştirak ediblər.

Konsert proqramında məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin ifa ediblər.

Baxış sayı: 158