XƏBƏRLƏR
MƏLUMAT
L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2025 10:00

Mayın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin Bakı Musiqi Akademiyasında hesabat konserti keçirilib.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsertdə məktəbin istedadlı şagirdləri çıxış ediblər.

Şagirdlərin ifasında dünya şöhrətli bəstəkarlar Cüzeppe Verdinin “Aida”, Pyotor Çaykovskinin “Qu-quşu”, Ferens Listin “Macar raspodiyası” N2 cis moll, Frederik Şopenin “Ballada” N1 g-moll və digər əsərlər təqdim olunub.

 

Baxış sayı: 29