XƏBƏRLƏR
MƏLUMAT
L.N.Tolstoyun 195 illiyinə həsr olunmuş sərgi-söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/09/2023 07:35

Sentyabrın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında görkəmli rus yazıçısı, publisist və filosof Lev Nikolayeviç Tolstoyun 195 illiyinə həsr olunmuş sərgi-söhbət keçirilib.

Söhbətdə 10,171, 269, 95 nömrəli tam orta məktəblərin şagirdləri və kitabxananın əməkdaşları iştirak ediblər.

Tədbiri zamanı dahi rus yazarı Lev Tolstoyun həyatı, roman və hekayələri haqqında şagirdlərə məlumat verilib.

Sonda “Великий писатель-Л.Н.Толстой” başlıqlı sərgiyə baxış keçirilib.

Baxış sayı: 273