XƏBƏRLƏR
MƏLUMAT
L.Kerrolun “Alisa möcüzələr ölkəsində” cizgi filmi Azərbaycan dilində səslədirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/03/2022 05:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Nağıllar dünyasına səyahət” layihəsi çərçivəsində müxtəlif xalqların nağıllarını uşaqlara təqdim edib.

Bu dəfə Uşaq şöbəsinin sistem inzibatçısı  Elvira Məmmədova L.Kerrolun  “Alisa möcüzələr ölkəsində” nağılına çəkilmiş cizgi filmini təqdim edib. “Alisa möcüzələr ölkəsində” Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə “Macmillan Publishers” nəşriyyatı tərəfindən nəşr olunan bədii əsərdir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edib. “Adisebaba Çizgi Film Masallar” kanalında yayımlanan bu maraqlı cizgi filmini Elvira Məmmədova səsləndirərək aşağıdakı keçidlərdə sosial şəbəkə izləyicilərinə təqdim edib:

https://www.facebook.com/yasamal.mks/videos/662791455038015

https://www.instagram.com/p/CajQLrUFrDO/

Baxış sayı: 299