Azərbaycan Dövlət Kukla Teatrının əsas səhnəsində müstəqil “Oyun” İnklüziv Teatrının təqdimatında “Parkda” adlı tamaşanın premyerası olub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın pyes və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.
Cəmiyyətdəki sosial-mənəvi problemlər fonunda müxtəlif qadın qəhrəmanlarını ön plana çıxaran tamaşa real qəhrəmanların həyat hekayətlərinin səhnələşdirilmiş yozumudur.
Tamaşada müxtəlif dövlət teatrlarında çalışan peşəkar aktyorlarla yanaşı əlilliyi olan həvəskarlar da rol alıblar. Sözsüz ki, bu inklüziv tamaşanın da əsas məqsədi əlilliyi olan şəxslərin tanınmış aktyorlarla bir layihədə iştirakına şərait yaratmaq və bu yolla onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.
Tamaşada rolları Zülfiyyə Qurbanova (Aynur), Zümrüd Qasımova (Dilarə), Ülviyyə Əliyeva (Sərgül), Türkay Cəfərli (Murad), Gülçöhrə Abdullayeva (Bibixanım), Səbinə Məmmədova (Ofsiant), eləcə də Xaqani Əliyev, Kamilə Xəlilova, Babək İsmayılov, Selcan Xatun, Aylin Nəcəfli, İbrahim Laçın, Hökumə Ağayeva və İlkin Həsənli ifa edirlər.
Tragikomik səhnələrin üstünlük təşkil etdiyi birhissəli tamaşada ailədə şiddət, xəyanət, eləcə də erkən nikah, məişət zorakılığı, həmçinin sosial şəbəkələrin insan münasibətlərinə mənfi təsiri kimi məqamlar ön plana çıxarılır. Beləcə ailə dəyərlərimizin qorunmasının vacibliyi kimi məsələ real insan talelərinin səhnə inteqrasiyası ilə görünür.
Tamaşanın qəhrəmanları Aynur, Diana, Selena, Bibixanım, Murad kimi müxtəlif taleli obrazlar hər biri həyatdan və taledən bu və ya digər məqamlarda travmalar almış insanlardırlar. Aynur ilə Muradın xoşbəxt ailəsinə xəyanət zərbə vurur. Qadın ərindən boşanmaq istəsə də kişi bununla qətiyyətlə razılaşmır. Arvadının könlünü almaq əvəzinə ona fiziki şiddət göstərməkdən belə çəkinmir. Hadisələr parkda cərəyan etdiyindən bu səhnəciyin ardınca fərqli insan taleləri ön plana çıxır. Gecə saatlarında parkda başlayan hadisə elə parkda da bitir. Murad burada erkən nikahın qurbanı olan Sərgül (Selena) ilə tanış olur. Onun ağrılarına çarə olmağa, dərdini dinləməyə çalışır. Murad həm də Diana adlı başqa bir tale ilə də qarşı-qarşıya qalır. Xəyanət yaşayan, ilk sevgisinin onu dövlətli, yaşlı qadına dəyişməsi hekayəti sözsüz ki, psixoloq Diananın ruh halında təsirsiz olmur. Beləcə o da kişilərə yalnız pul, mənfəət mənbəyi kimi baxır.
Tamaşanın bir də Naməlum (əlliliyi olan həvəskar aktyor) adlı qəhrəmanı da var. O gecə saatlarında parkda yatan Murada yaxınlaşıb, ona kömək əlini uzatmağa çalışır. Onu evinə dəvət edir, dərdini dinləyir. Sözsüz ki, bu zaman öz həqiqətini də danışır: əslində isə əlilliyi olan insanların heç də sağlam insanlardan fərqlənməməsi kimi cəmiyyət üçün əhəmiyyətli mesajlar verir.
Sonda süpürgəçi Bibixanım öz həqiqəti fonunda ailənin dağılmasına mane olur və nəinki parkdakı, eləcə də tamaşa qəhrəmanlarının həyatındakı tör-töküntünü sahmana sala bilir.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycan Dövlət Kukla Teatrı nəzdində inklüziv studiya kimi yaradılan “Oyun” Teatrı artıq 2021-ci ildən müstəqil fəaliyyət göstərir.
- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib