XƏBƏRLƏR
MƏLUMAT
Kukla Teatrı yeni mövsümə iki tamaşa ilə başlayacaq
ÜMÜMİ XƏBƏRLƏR
13/09/2019 05:07

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 15-də yeni mövsümün açılışı günü iki səhnə əsəri ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə teatrın tamaşaçıları “Cırtdan”a Azərbaycan dilində baxacaq. Sənət ocağı həmin gün rusdilli tamaşaçılar üçün isə “Üç cəsur”u təqdim edəcək. Şair-dramaturq, uşaqların sevimli müəllifi Mir Mehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan “Cırtdan”nın (səhnələşdirəni Rəhman Əlizadə) quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur.

Müxtəlif kukla texnikalarının istifadə olunduğu birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Araz Həsənli, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov və Aslan Fətullayev ifa edəcək.

Baxış sayı: 17449