XƏBƏRLƏR
MƏLUMAT
“Korrupsiyaya qarşı 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/11/2025 16:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Korrupsiyaya qarşı 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq ictimaiyyət arasında antikorrupsiya sahəsində nəzəri biliklərin artırılması, hüquqpozmalara görə məsuliyyət məsələləri barədə məlumatlılığın gücləndirilməsi və qanunvericilikdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizədən vətəndaş dəstəyi məqsədilə təbliğat xarakterli maarifləndirmə işi aparılıb.

KİV xüsusilə sosial medianın korrupsiyaya qarşı mübarizədə mühüm rola malik olduğu korrupsiyanın ictimai nəzarətə çıxarılmasında əlçatanlığın mühüm rolu haqqında məlumat diqqətə çatdırılıb.

Baxış sayı: 29