XƏBƏRLƏR
MƏLUMAT
Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsinə əsərlərin qəbulu davam edir
ÜMÜMİ XƏBƏRLƏR
27/04/2020 06:48

Məlum olduğu kimi, cari ilin aprel ayının 6-da Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edib.

Hekayə müsabiqəsinə hazırda 67 əsər təqdim olunub. Hekayələrin çoxluğu nəzərə alınaraq, qısa zamanda onların  qiymətləndirilməsi məqsədilə əsərlərin Müsabiqə Komissiyasına təqdim olunması nəzərdə tutulur.

Məlumat üçün qeyd edirik ki, müsabiqəyə təqdim olunan hekayələr daha əvvəl nəşr olunmamalı, mətnin həcmi 25 min işarədən çox olmamalıdır. Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

Müsabiqəyə hekayələrin qəbulu 29 may 2020-ci il tarixində sona çatacaqdır.

Müsabiqə barədə əlavə məlumatı aşağıdakı videoçarxdan əldə edə bilərsiniz.

https://www.facebook.com/watch/?v=693238061425937 

Baxış sayı: 231